USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu dərmanın satışı qadağan olundu

05.02.2021 İqtisadiyyat
0 0
“EQİS ƏCZAÇILIQ ZAVODU” QSC-nə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu barədə topdansatış əczaçılıq müəssisələri və "EQİS ƏCZAÇILIQ ZAVODU" QSC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan "Hartil®-D" ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) ASC Fortinet şirkətinin antispam alınması üçün tender elan edir

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0