USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TƏBİB-dən vaksinasiya ilə bağlı - MÜHÜM AÇIQLAMA

09.02.2021 İqtisadiyyat
0 0
Vətəndaşların COVİD-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür.

"Kommersant.az"ın xəbərinə görə, bunu TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

"Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər".

Trend

  • Əvvəlki

    “Görəsən, Əjdər Ol Səlim Müslümovu pis əməllərdən niyə çəkindirməyib?”

Digər xəbərlər