USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sayğac buraxan şirkətlər kimindir...

09.02.2021 İqtisadiyyat
0 0
Ən böyük cinayət nədir? Xalqın var dövlətini israf edib havaya sovurmaq, bu uğurda bir qrupun milyonlarla sərvətə qonması, böyük əksəriyyətin, kütlənin isə səfalət içində sürünməsi. Nə yazıq ki, dövlət qurumlarının elə hamısı göz görə görə bu şəkildə işləyir. Həbsə göndərilənin yerinə gələnlər çox keçmir ki, başlayırlar köhnələrin ayaqqabılarını geyib onların yoluyla getməyə. Bəziləri isə özlərinə kreativ yollar açırlar ki, iz buraxmadan əməllər eləsinlər kimsələr baş açmasın. Eynən “Azəriqaz”ın sayğac oyunları kimi. Azərbaycan reallığında bu tip əsassız addımların arxasında həmişə böyük miqdarda korrupsiyanın durduğu şübhəsi olur. Ölkə üzrə 2 milyona yaxın abonentinin olduğunu nəzərə alsaq, çox ciddi bir vəsaitin göyə sovrulmasından söhbət gedir.

Smart sayğacları gətirərkən dedilər ki, guya bu bahalı sayğacları əhalinin pulu ödəməməsinin qarşısını almaq üçün köhnələri ilə əvəzlədilər. Smartdan əvvəl yüz milyonlarla manatı əhalinin ayağına yazıb 4-5 ildən bir Nazirlər Kabineti vasitəsilə sildirirdilər. Görünür smart sayğaclarla bunu edə bilmədilər. Qayıdırlar yenidən mexaniki sayğaca. Ziya Məmmədov demiş “dolanmaq lazımdı axı”.

Smart sayğacları Fransadan alırdılar, mexaniki sayğacları Çin və Türkiyədən. Maraqlıdır ki, Türkiyədən alınan smart sayğaclar belə Fransadan alınanlardan xeyli ucuzdur. Üstəlik, Fransadan gətirilən son partiya da, yəni 200 min sayğacda ciddi problem aşkarlanıb və bu sayğaclar geri də qaytarılmayıb. Əcəba hər birinin yiyməti 300 manata yaxın olan 200000 ədəd sayğacın pulu kimin cibindən çıxıb? Yəqin saf- saf düşünmürsünüz ki xərci idarə öz üzərinə götürüb.


“Azəriqaz”ın 2018-də verdiyi açıqlamasına görə "Hazırda "İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 244 manat 14 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir. Bu hesabla təkcə sayğacların alınması üçün 500 milyon vəsait tələb olunub.

Bunun ölkə üzrə kart yükləmə məntəqələri, apilkasiyaları və s nəzərər alınmaqla hesab vurur kəllə çarxa. Ona görə “Azəriqaz”sayğacları niyə dəyişdirdiyinə dair açıqlamasında deyib ki, “Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür".

Öncə moderin "smart" xidmət gətiririk bəhanəsi ilə 90 manatlıq sayğacı alma, 244 manatlığı al və bu infrastruktura yüz milyonlarla pul xərclə, sonra isə "qənaət etmək lazımdır"-deyib, 244 manata quraşdırdığın sayğacları yenidən yerindən sök ki, 90 manatlıq quraşdıracağam?

Maraqlıdır ki, 90 manata başa gələn sayğac eyni işi müasir tələblərə uyğun görür, yəni ödənişin online edilməsi, məsafədən oxuma mümkündür, bəs 3 dəfə baha sayğaca milyonlarla vəsaitin xərclənməsi hansı zərurətdən yaranmışdı. Ağla gələn ilk versiya budur ki, o bahalı şirkətin sahibi və ya ortağı bizimkilərdir.Qazanc yeri olmasa bu qədər vəsaiti çölə tökmək üçün dəli olmaq lazımdır.Başqa sual da yaranır ki, əcəba bu mexaniki sayğacları istehsal edən zavod kimindir, kimdən alacağıq? Üzdə təbii ki qalxan olaraq hansısa bir xarici şirkət adı çəkiləcək, amma mütləq ki o işin içində bizim oliqarxların barmağı var.

“Azəriqaz”ın iddia etdiyi kimi smart tipli sayğacların ömrü qısadırsa, niyə yoxlamadan alırdınız və indi mexaniki sayğacların ömrü nə qədər olacaq?

Hökumət baba, pensiyaların baza hissəsini 11% artırandan sonra suyu 100%, dizeli 33% rəsmən artırdın. Axı hamı pensiya almır. Amma marketlərə, bazaralara gedirsən hərə bildiyi ərzağa bildiyi qədər artım edib.Artırma bu pensiyanı, qoy ölək öldüyümüz yerdə. Bu 3-5 manatlıq pensiya artımı ilə pensioner olmayan əhaliyə zülm olur, vallah ölə də bilmirik xəcalətimizdən. Axı bu baş verənləri izlədikcə aydın olmur, sən kimin babasısan, xalqın yoxsa qanımızı soran bir qrup mafiyanın? Soruşmağa da utanıram, kəfənpulunu da qaldıracaqsınız?


Bizimyol.info

  • Əvvəlki

    “Gunay Bank” Vətən müharibəsindən qayıtmış əməkdaşlarını mükafatlandırdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0