Türkiyədə dollar sürətlə - BAHALAŞIR

26.02.2021 İqtisadiyyat
Türk Lirəsi Dollar qarşısında dəyərdən düşməkdə davam edir.

"Kommersant.az" xəbər verir ki, bu həftəyə 7,01 səviyyəsindən başlayan Dollar/TL məzənnəsində artım 6%-ə çatıb.

Qlobal bazarlarda Fed sədri Jerome Powell-in şərhləri, peyvənd xəbərlərinin ardından dollar bir çox pul vahidi qarşısında geriləmə qeyd edərkən, Türk Lirəsinin dollar qarşısında dəyərdən düşməsi bu gün də davam edir.

Bu gün Dollar 7,44 türk lirəsi səviyyəsini keçib və Bakı vaxtı ilə saat 22:00-da 7.4401 olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 4%-ə yaxın geriləyib.

Qeyd edək ki, bu gün inkişaf edən ölkələrin pul vahidləri dollar qarşısında uculaşır. Meksika pesosi, Cənubi Afrika randı, Rusiya rubla da dollar qarşısında xeyli ucuzlaşıblar.

Ana müxalifət partiyası tərəfindən Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarının tükəndiyinin iddia edilməsi Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.

Türkiyə bazarı gələn həftə açıqlanacaq makro məlumatlara fokuslanıb. Gələn həftə Türkiyədə iqtisadi artım və inflyasiya məlumatları açıqlanacaqdır. İqtisadçılar epidemiyanın iqtisadiyyat üzərində mənfi təsirlərinin ağır bir şəkildə hiss edildiyi və bir çox ölkədə geriləmənin qeyd edildiyi 2020-də Türkiyə iqtisadiyyatının 2%-dən çox artdığını proqnozlaşdırırlar.