USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır

26.02.2021 İqtisadiyyat
0 0
AZAL martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcək. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcək.

Sərnişinlər www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilər, habelə mövcud cədvəllə tanış ola bilərlər.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri Ukrayna ərazisinə giriş hüququna malik olmalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar.

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalı, koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar.

  • Əvvəlki

    Hərbçilərin maaşlarına əlavələr ediləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0