USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bazarlar araşdırılacaq - KOBİA

04.03.2021 İqtisadiyyat
0 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) balıq istehsalı sektorunda və tikinti sahəsində daxili bazar araşdırmasının aparılması məqsədilə Sage Solutions LLC şirkətini cəlb edib.

"Kommersant.az" xəbər verir ki, şirkətlə imzalanan birinci müqavilə “Balıq məhsullarının istehsalı və satışı” layihəsi çərçivəsində daxili bazarın araşdırılmasına yönəlib.

İkinci müqavilə dizayn, təmir və tikinti sahəsində daxili bazarın araşdırılmasının aparılmasını nəzərdə tutur.

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.

  • Əvvəlki

    Azərbaycanda 3 gün ictimai nəqliyyat işləməyəcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0