"Fed lazım olan müddət qədər iqtisadiyyatı dəstəkləyəcək"

18.03.2021 İqtisadiyyat
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Fed-in Mart ayı yığıncağının ardından keçirdiyi mətbuat konfransında, "Fed, lazım olduğu müddətdəcə iqtisadiyyatı dəstəkləməyə davam edəcək" deyib.

"Kommersant.az" xəbər verir ki, "ən pis iqtisadi proseslərin bəzilərinin qarşısı alındı" deyən Powell, "İqtisadi göstəricilər son dövrdə yüksəlib, ancaq iqtisadiyyatın izləyəcəyi yol böyük miqyasda koronavirusa bağlıdır" şəklində danışıb.

Powell, "İqtisadi yığışma enişli-yoxuşlu olmağa davam edir və yığışma tamamlanmaqdan olduqca uzaqdır. İnflyasiyanın bir müddət 2%-in üzərinə çıxmasına icazə verəcəyik. İnflyasiyada müvəqqəti artım faiz artırmağı tələb etməz. Peyvəndləmə daha normal zamanlara qayıtmaq üçün ümid verir" deyib.

İqtisadiyyatın inflyasiya və məşğulluq hədəflərindən çox uzaqda olduğunu söyləyən Powell, "Bu səbəbdən pul siyasəti dəstəkləyici qalmağa davam edəcək. İstiqraz alışında ola biləcək azaltma qərarından çox əvvəl ünsiyyətini aparacağıq, ancaq indi istiqraz alışlarını azaltmağı danışmaq üçün doğru zamanda deyilik" ifadələrini istifadə edib.

Powell, "Fed üzvlərinin böyük əksəriyyəti faizin artırılmasını nəzərdə tutmur. Bir faiz artırılması qərarı çox uzaqdadır",- deyib.

Qeyd edək ki, Fed-in bugünkü faiz qərarından sonra ABŞ dolları ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1970 səviyyəsinə, qızılın unsiyasının qiyməti isə 1%-dən çox artaraq 1748 dollara qalxıb.