"Muğan Bank"ın nizamnamə kapitalı artırıldı

18.03.2021 Bank
“Muğanbank” ASC-nin nizamnamə kapitalının 107,5 mln manatadək artırılması qərara alınıb.

11 mart 2021-ci il tarixində, “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Səhmdarların Ümumi Yığıncağı keçirilib. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 5 mln manat artırılması qərara alınıb.

Bununla əlaqədar, hər birinin nominal dəyəri 200 AZN olan 25000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün qərar verilib. Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 102,5 mln manatdan 107,5 mln manata çatdırılacaq.