Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 11% artıb

18.03.2021 İqtisadiyyat
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,6 mln. ton yük, 300,5 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,6% artım, sərnişin daşınmasında isə 64,1% azalma qeydə alınıb.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 384 vaqon yüklənib, 374 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 1 min ton yüklənmə işi yerinə yetirilib", - komitədən bildirilib.