USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT

06.04.2021 İqtisadiyyat
0 0
"Uşaqpulu”nun yenidən bərpa edilməsi ilə bağlı təkliflər son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Rəylərdən məlum olur ki, əksəriyyət "uşaqpulu”nun bərpasının tərəfdarı olsa da, onun məbləği ilə bağlı ortaq fikir yoxdur.

"Uşaqpulu”nun aylıq məbləğinin 50, 100, hətta 300 manat təklif edən fikirlərə rast gəlmək olur. Bəziləri isə "uşaqpulu”nun yaşayış minimumu səviyyəsində, yəni 175 manat verilməsini təklif edir.

Bəs, qeyd edilən məbləğlərdə "uşaqpulu”nun təyin edilməsi üçün dövlətə nə qədər pul lazımdır?

Məbləği dəqiq müəyyənləşdirmək üçün ölkəmizdə olan uşaqların sayını bilmək lazımdır.

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, yaşı 18-ə qədər olan Azərbaycan vətəndaşlarının sayı 2,637 milyon nəfərdir. Əgər uşaqların sayına görə hər ay 50 manat müavinət verilərsə, bunun üçün ayda 131,85 milyon manat, bir ildə 1,582 milyard manat vəsait lazımdır.

"Uşaqpulu” 100 manat olacağı təqdirdə dövlət büdcəsindən aylıq 263,7 milyon manat, illik 3,164 milyard manat ayrılmalıdır. Dövlət yaşayış minimumu əsasında müavinət vermək istəsə, ona ayda 461,5 milyon manat, ildə 5,537 milyard manat lazımdır. Daha radikal təklifə görə uşaqlara hər ay 300 manat müavinət verilməlidir. Bunun üçün dövlət büdcəsindən hər ay 791,1 milyon manat, ildə 9,5 milyard manat xərclənməlidir.

Xatırladaq ki, ölkəmizdə 2006-cı ildən "uşaqpulu” verilmir. Onun əvəzində yoxsul ailələrə ünvanlı sosial yardım ayrılır. 2021-ci ilin dövlət büdcəsindən ünvanlı sosial yardım üçün 257,7 milyon manat, 2020-ci ildə 244,1 milyon manat ayrılmışdı. Ünvanlı yardımdan 299 min insan, o cümlədən 163 min uşaq yararlanıb.

İndiki yardım sistemi uşaqların 6,2 faizini əhatə edir və ünvanlı yardım alan ailələrdəki uşaqların hər birinə ayda orta hesabla 50 manat yardım düşür. Buradan görünür ki, dövlət uşaqlar üçün hər ay cəmi 8,15 milyon manat, ildə 97,8 milyon manat xərcləyib. Əgər bu məbləğ "uşaqpulu” şəklində bütün uşaqlara ayrılsa, onda bir uşağa ayda 3,1 manat pul düşür.

  • Əvvəlki

    “Gunay Bank” ailəsi ağır itki verib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0