USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-rezidentin onlayn xidmətlərə görə vergi öhdəliyi varmı? - AÇIQLAMA

06.04.2021 İqtisadiyyat
0 0
Qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu tutulmalar Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Sözügedən xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin ölkə hüdudlarını tərk etmədiyi, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyi nəzərə alınır. Bununla da, ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən, qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

  • Əvvəlki

    “Uşaqpulu” vermək üçün dövlətə nə qədər pul lazımdır? - İZAHAT

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0