USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada alternativ enerjidən istifadə artıb - HESABAT

06.04.2021 İqtisadiyyat
0 0
Ötən il dünyada bərpa oluna bilən enerji sahəsində istifadə olunan güc 260 giqavat artaraq ümumilikdə 2 min 799 giqavat olub.

"Kommersant.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Alternativ Enerji Agentliyi (IRENA) "Alternativ enerji həcmi statistikasının" 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabata görə, bu cür irəliləyişin əsas səbəbi, qoyulan investisiyaların artırılması olub.

Qeyd olunur ki, ötən il ərzində əlavə olaraq quraşdırılmış enerji təchizatının 91%-ni külək və günəş enerjisi sahəsində yaradılıb.

Hesabatla bağlı açıqlama verən sözügedən təşkilatın prezidenti Francesko La Kamera bildirib ki, “COVİD-19” epidemiyasının yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, bərpa olunan enerjinin artması bazarlara ümid və nikbinlik gətirib.

“Xüsusilə də bərpa olunan enerjidə xərclər azalır və bunun sayəsində də təmiz enerji avadanlığı bazarı böyüyür. Bu da gələcək nəsillər üçün daha təmiz ətraf mühit formalaşdırır” – deyə prezident qeyd edib.

  • Əvvəlki

    “AFB Bank”ın səhmdarları toplaşır

Digər xəbərlər