USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AFB Bank”ın səhmdarları toplaşır

06.04.2021 Bank
0 0
Mayın 1-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "AFB Bank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.