USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhm və istiqrazlar arasında fərq nədir?

26.06.2018 İqtisadiyyat
0 0
Hazırda ən çox tələb duyulan maliyyə alətləri arasında ən öncülləri səhm və istiqrazlardı. Bəs iki qiymətli kağız arasında fərq nədir.

"Kommersant" bildirir ki, Fins.az-ın bu sualına cavabı AzFinance İnvestisiya şirkətinin Diler şöbəsinin rəhbəri Ramil Səmədov cavab verib.

İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızlarıdır. Yəni 2 şəxs arasında borclanmanın predmeti kimi başa düşmək olar. Bir növ, sadə dillə desək kimsə bankdan böyük miqdarda kredit götürdükdə daşınmaz əmlakını girov qoyur. Və kredit müddəti ərzində müəyyən vaxt aralığında pulu verənə hissə-hissə ödəniş edir. İstiqraz buraxan hər hansı şirkət də istiqrazları bazara tədim edir və aylıq rüblük yarim illik və ya illik olaraq faiz ödənişləri (kupon) edərək borclanmış tərəf hesab edilir. Səhm isə hər hansı bir səhmdar cəmiyyəti formasında yaradılmış şirkətin müəyyən bir hissəsinə sahib olduğunuzu və həmin şirkətin illik hesabatında göstərilmiş xalis mənfəətinin sahib olduğunuz hissə payı qədər hissəsini qazanmağa imkan verən qiymətli kagızdır.