USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa klubu futbolçusunun "Qarabağ"a keçidini təsdiqləyib

26.06.2018 İdman
0 0
Fransanın "Lans" klubu futbolçusu Abdulla Zubirin "Qarabağ"a transferini təsdiqləyib.

"Kommersant"ın "Report"a istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün Ağdam təmsilçisi ilə razılığa gəldiyini bəyan edib. "Lans" klubu oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Qarabağ" klubunun 1 milyon avro ödəyəcəyini yazıb.