USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2021-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirləri azalacaq - BVF

15.04.2021 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 1,3 faiz bəndi azalaraq 5,2% təşkil edəcək.

"Kommersant.az"ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir.

Fondun gələn il üçün olan proqnozuna əsasən isə, ölkənin icmal büdcəsinin kəsiri əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 2,3%-nə qədər enəcək.

Qeyd edək ki, Dünya Bankı Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin bu il 2,5% təşkil edəcəyini, 2022-ci ildə isə profisitə qayıdaraq ÜDM-in 2,8%-nə bərabər olacağını proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, ötən il Azərbaycanın icmal büdcəsinin gəlirləri 24,463 mlrd. manat, xərcləri isə 29,160 mlrd. manat təşkil edib. Yaranmış kəsir 4,698 mlrd. manata bərabər olub ki, bu da ÜDM-in 6,5%-ni təşkil edib.

  • Əvvəlki

    Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0