USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb

15.04.2021 Bank
0 0
2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankomat və POS-terminallar da daxil olmaqla bir ödəniş terminalının payına düşən istifadəçi sayı 4 mini ötüb.

"Kommersant.az" Trend.az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80 nəfər artıb.

Bir bankomatın payına düşən orta aylıq əməliyyatların sayı 2,8 minə, həcmi isə 660,4 min manata çatıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.

Hesabat dövründə bankomat vasitəsilə keçirilən bir əməliyyatın məbləği orta hesabla 235,8 manata, POS-terminal vasitəsilə bir əməliyyatın məbləği 54,6 manata bərabər olub.