USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Anar Hüseynov başqa vəzifəyə təyin olundu - KTN-də kadr dəyişikliyi

26.04.2021 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxıb.

"Kommersant.az"ın Report.az-a istinadən verdiyi məlumata görə, bu vəzifə Fəda Abbasova həvalə edilib.

Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.