USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DANX bu il büdcəyə nə qədər vəsait ödəyib? - AÇIQLAMA

27.04.2021 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2021-ci ilin I rübü ərzində beynəlxalq avtomobil daşımaları həyata keçirən yerli daşıyıcılara 25 517 ədəd “İcazə” blankı verib.

"Kommersant.az"ın verdiyi xəbərə görə, DANX-ın 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında bu barədə qeyd edilib.

Məlumata görə, verilmiş “İcazə” blankının nəticəsində dövlət büdcəsinə 1 mln 166 min 982 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blanklarının verilməsi nəticəsində dövlət büdcəsinə 3 mln 532 min 866 manat dövlət rüsumu ödənilib.

  • Əvvəlki

    Prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Digər xəbərlər