USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi - SƏRƏNCAM

27.04.2021 Siyasət
2 0
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, dünən Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb. Alimpaşa Məmmədov isə həbs olunaraq Bakıya gətirilib.