USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yüksək borc yükü SOCAR-ın inkişafına əsas maneədir"

20.05.2021 İqtisadiyyat
0 0
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Neqativ"dən "Sabit"ə dəyişib.

SOCAR-ın qorunmayan reytinqini isə “BB+” səviyyədə saxlayıb.

Reytinqdəki dəyişiklik əsasən, Azərbaycanın suveren reytinq proqnozunun BB+/”Sabit” səviyyədə təsdiq edilməsi ilə bağlıdır. Reytinq agentliyi əsaslandırıcı amillər sırasında SOCAR-ın tam dövlət mülkiyyətində olan şirkət olmasını, dövlət tərəfindən şirkətə maliyyə zəmanətləri, vəsait ayırmaları və nizamnamə kapitalının artırılması şəklində dəstəyin davam etdirildiyini, həmçinin SOCAR-ın sosial funksiyalarını və milli neft-qaz sənayesinin inkişafında dövlətin əsas iqtisadi-sənaye aləti olduğunu xüsusilə qeyd edib və şirkətin reytinqini dövlət reytinqinə bərabərləşdirib.

SOCAR-ın müstəqil kredit profili (SCP) “b+” kimi qiymətləndirilib, eyni zamanda yüksək borc yükünün hələ də şirkətin inkişafına əsas maneə törədən faktor olduğu vurğulanıb. Agentlik şirkətin borclanma səviyyəsinin yüksək olduğunu, lakin hələ də nəzarət edildiyini qeyd edib. Açıqlamada SOCAR-ın geoloji kəşfiyyat və hasilat həcminin azalmasına baxmayaraq, ticarət əməliyyatlarının bu kəsiri tarazlaşdırdığı bildirilib.

Dəstəkləyici Biznes Profili: SOCAR-ın “b+” səviyyəsində qiymətləndirilən müstəqil kredit profili (SCP) onun yüksək borclanma həddini, lakin eyni zamanda da yüksək hasilat səviyyəsini (gündəlik 267 min barel neft ekvivalenti (bne)) və təsdiqlənmiş 12 illik neft ehtiyatlarını nəzərə alır. Əməliyyatlardan ümumi borc nisbətinə qədər vəsait (FFO) səviyyəsi SOCAR-da hasilat bölməsində 20 dollar/bne olmaqla yaxşı, nəql bölməsində isə bu sektordakı digər nəhənglərdən (misal üçün, Royal Dutch Shell – AA-/”Sabit”, 32 dollar/bne) aşağı, Rusiya istehsalçılarına yaxın (Lukoyl – BBB+/”Sabit”, 20 dollar/bne) olmuşdur.