USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və İsveçrə şirkətləri razılaşdı

27.06.2018 İqtisadiyyat
0 0
İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib.

Bu barədə "Kommersant" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirklətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

İxrac missiyası bu gün İsveçrə şirkətləri ilə görüşlərini davam etdirəcək, aparıcı fındıq tədarükü və satışı müəssisələrində olacaq.

  • Əvvəlki

    “ASAN Xidmət”in işçilərinin sayı artırılır

Digər xəbərlər