USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Blokçeyndə karyera: gözləntilər və reallıqlar

27.06.2018 İqtisadiyyat
0 0
Blokçeyn sənayesində karyera qurmağı düşünənlər bu işlə əvvəldən məşğul olanlardan fərqli nələrsə tapmaq məcburiyyətindədir.

"Kommersant" xəbər verir ki, bu sahədə karyera qurmaq və uğur əldə etmək üçün hər hansı universitet oxumağa, bahalı seminarlara qatılmağa gərək yoxdur. Uğur qazanmağın ən yaxşı yolu yenilikləri mütəmadi olaraq izləmək, işə yaradıcı yanaşaraq fərqli tətbiqlər yarada bilməkdir.

İlk olaraq blokçeynin bu vaxta qədər mövcud olan bütün texnologiyalardan fərqləndiyini bilmək lazımdır. Belə ki, blokçeynə yaxşı bələd olmaq üçün smart müqavilələri tənzimləmək üçün "Solidity", web idarəetmə üçün "JavaScript"i və sistemin özülü "DApps"ı öyrənmək vacib şərtlərdəndir.

Bu sahədə aktiv olanlar kriptoqrafiyanın əhəmiyyətini vurğulayaraq irəli gedə bilirlər. Blokçeyn isə kriptovalyutadan istifadə etməklə bu fəalları qorumağa çalışar. Daim diqqətdə saxlamaq lazımdır ki, kriptovalyutadan düzgün istifadə etməmək dağıdıcı təsirlər yarada bilər. Bununla da blokçeynin qurulduğu şirkətin təhlükəsizliyinin təminatı itər.

DLT, yəni paylanmış hesablama artıq nəzəriyyə hesab edilmir. Xüsusilə, təhlükəsizlik və davamlılığın bu qədər böyük əhəmiyyət kəsb etdiyi vaxtda sözügedən nəzəriyyə təcrübi baxımdan əlverişli hesab edilmir. Uğur qazanmaq istəyənlərin bu məsələyə də adaptasiya olmaları məsləhətdir.

  • Əvvəlki

    38 trilyon dollarlıq Brexit xəbərdarlığı

Digər xəbərlər