USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Gələn həftə “Şahdəniz 2”dən ilk kommersiya qazı nəql olunacaq”

28.06.2018 İqtisadiyyat
0 0
Gələn həftə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk kommersiya qazı nəql olunacaq.

"Kommersant" xəbər verir ki, bunu 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə şirkətin baş icraçı direktoru Bob Dadli bildirib.

"Gələn həftə "Şahdəniz 2"dən ilk kommersiya tədarükünün şahidi olacağıq",- o qeyd edib.

BP-nin baş icraçı direktoru Cənub Qaz Dəhlizi layihəsinin dünyanın ən böyük enerji layihələrindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyədə (Eskişehir) TANAP-ın rəsmi açılış mərasimi baş tutub. Azərbaycan qazının 2020-ci ilin əvvəlində Avropaya nəqli nəzərdə tutulur.

  • Əvvəlki

    Xəmir mayası satışını 3 dəfə artırıb

Digər xəbərlər

21.02.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Lirə bu gün də ucuzlaşdı
0 0
21.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Türkiyə lirəsi dəyər itirir
0 0
20.02.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.02.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
19.02.2024 İqtisadiyyat
Mikayıl Cabbarovdan yeni - TƏYİNAT
0 0
19.02.2024 İqtisadiyyat
Bələdiyyələrin gəlirləri açıqlandı
0 0