Xəmir mayası satışını 3 dəfə artırıb

"Kommersant" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il ASC-nin satışdan gəlirləri 62% artaraq 1 milyon 738 min 865 manata yüksəlib. ASC satışdan 2016-cı ildə 1 milyon 71 min manat, 2015-ci ildə isə 541 min manat gəlir əldə etmişdi. Son 2 ildə "Azər-Maya"nın satışdan gəlirləri 3 dəfə artıb. Gəlirlər 3 dəfə artsa da şirkətin xalis mənfəəti 36% artıb.
Ötən il satışdan gəlirlərin 81%-ni və ya 1 milyon 410 min manatını satışın maya dəyəri təşkil edib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 39 min 206 manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 7 min 841 manat mənfəət vergisi ödənilib.
31 Dekabr 2017-ci il tarixində "Azər-Maya" ASC 3 milyon 844 min manat cəmi aktivlərə, 3 milyon 320 min manat cəmi öhdəliklərə və 523 min manat cəmi kapitala malik olub.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan "Azər – Maya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "Azər-Maya" ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.
Digər xəbərlər

Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
