USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xarici ticarətində artıqlıq yaranıb - MƏBLƏĞ

16.08.2021 İqtisadiyyat
0 0
2021-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 691 milyon 469 min ABŞ dolları təşkil edib.

“Kommersant.az” Dövlət Gömrük Komitəsinin yayımladığı məlumata istinadən xəbər verir ki, idxal 6 milyard 297 milyon 949 min ABŞ dolları, ixrac 11 milyard 393 milyon 520 min ABŞ dolları, saldo 5 milyard 95 milyon 570 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin 7 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15 milyard 31 milyon 904 min ABŞ dolları, o cümlədən idxal 5 milyard 900 milyon 766 ABŞ dolları, ixrac 9 milyard 131 milyon 138 min ABŞ dolları, saldo 3 milyard 230 milyon 371 min ABŞ dolları təşkil etmişdi.

Xarici ticarət əməliyyatları, min ABŞ dolları ilə

2020-ci ilin 7 ayı

2021-ci ilin 7 ayı

İxrac

9 131 138.0

11 393 519.7

İdxal

5 900 766.14

6 297 949.35

Saldo

3 230 371.88

5 095 570.44

Dövriyyə

15 031 904.16

17 691 469.14

  • Əvvəlki

    Sabah qısamüddətli yağış yağacaq, şimşək çaxacaq - Hava Proqnozu

Digər xəbərlər