USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan avtomobil idxalını - 70% artırıb

16.08.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 474,6 milyon ABŞ dolları dəyərində 47 374 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Kommersant.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 39,2 % və 70,5 % çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 36,6 % azalaraq 64 ədəd (5,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 69,4 % artaraq 44 048 ədəd (413,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 5 879-u (36 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 44-ü (1,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 2,4 dəfə azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 98 % artaraq 3 198 ədəd (47,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,9 % azalaraq 64 ədəd (7,9 milyon ABŞ dolları dəyərində) olub. (Report)

  • Əvvəlki

    Azərbaycanın xarici ticarətində artıqlıq yaranıb - MƏBLƏĞ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0