USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azneft”in rəisi cərimələndi

01.09.2021 İqtisadiyyat
0 0
Azneft İstehsalat Birliyinin Neft Daşları NQÇİ-nin ərazisindən Xəzər dənizinə lay sularının axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

“Kommersant.az” xəbər verir ki, “Lay sularının idarə olunması vəziyyətinin araşdırılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və NQÇİ-nin mütəxəssislərindən ibarət yaradılan Qrup tərəfindən bütün texnoloji proseslərə baxış keçirilib.

Baxış zamanı müəssisədə formalaşan lay sularının düzgün idarə edilmədiyi, texnoloji proseslərdə nöqsanların olduğu müəyyən olunub”. Texnoloji proseslər zamanı ekoloji tələblərə riayət olunmadığı üçün idarənin rəisi Cəfərov Balaəli 2500 manat məbləğində cərimə edilib.

  • Əvvəlki

    “Açıq havada olan masalarda əyləşmək üçün COVİD-pasportu tələb edilə bilməz”

Digər xəbərlər