USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Açıq havada olan masalarda əyləşmək üçün COVİD-pasportu tələb edilə bilməz”

01.09.2021 Sosial
0 0
“Bu gündən COVİD-pasportlarla bağlı Konstitutsiyaya zidd, vətəndaşların bərabərlik hüququnu pozan qaydalar qüvvəyə minib. Tam əminəm ki, bu mənasız qaydalar tezliklə ləğv ediləcək, hələ ki, qüvvədədir, heç olmasa, qaydalara doğru əməl edilməsini tələb edək”.

“Kommersant.az”ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli bildirib ki, kafe və restoranların yalnız qapalı hissələrində COVİD-pasportu tələb edilə bilər: “Açıq havada olan masalarda əyləşmək üçün bu mənasız tələb qoyula bilməz! Hüquqi prosedur başlamışıq, bu qayda ilə bağlı Konstitutsiya Məhkəməsinə sorğu verəcəyik, görək necə izah edəcəklər. Belə bir müraciət hüquq üçün, tarix üçün lazımdır...”