USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mənzil bazarında paradoks: Kirayə evlərə tələbat azalsa da, qiymətlər artıb

07.09.2021 İqtisadiyyat
0 1
“Nur şəhəri”ndə pandemiyadan öncə kirayə mənzil sahəsində canlanma olsa da, bu il durğunluq müşahidə olunur. Əvvəlki illərin avqust-sentyabr aylarında tələbələr ev axtarışına çıxıb, ucuz və keyfiyyətli mənzillər axtarırdılarsa, bu il tələbat xeyli aşağı düşüb.

Mingəçevirdə rieltor xidməti ilə məşğul olanlar da deyilənləri təsdiqləyirlər. Amma bir məqam var ki, tələbat azalsa da, qiymətlərdə artım müşahidə edilir. Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas müəssisələrində təhsil alacaq tələbələrin yaxınları da qiymətlərdə artım olduğunu deyir. Kirayə mənzillər tapmaq isə müşkülə çevrilib.

Ölkənin dördüncü böyük şəhəri olan Mingəçevir turizm məkanları ilə də diqqət çəkir. Buradakı zavod və fabriklərdə çalışmaq üçün digər bölgələrdən gələn xeyli işçi qüvvəsi var. Odur ki münasib qiymətə kirayə mənzil axtaranların işi çətinləşib.

  • Əvvəlki

    Dərslər başlayanda metroda sıxlıq yaranmaması üçün hansı tədbirlər görüləcək? - RƏSMİ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0