USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dolların qiymətinə təsir edəcək məlumatlar - AÇIQLANDI

22.09.2021 İqtisadiyyat
0 0
Bugün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.

“Kommersant.az” xəbər verir ki, Bankın faiz dərəcələrində dəyişiklik edəcəyi gözlənilmir. Fed-in faizlərini 0- 0,25% aralığında dəyişməz saxlayacağı nəzərdə tutulur. Bakı vaxtı ilə saat 22:30-da isə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.

Fed rəsmilərinin yığıncaqda qiymətli kağız alışının azaldılmasına dair siqnal verəcəkləri də gözlənilir. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların 67%-i Noyabr ayında, 21%-i dekabr ayında azaltmanın başlayacağını gözləyir.

  • Əvvəlki

    Bu şəxslər 200 AZN-dən 5 min AZN-dək cərimə oluna bilər - Oktyabrın 1-dən...

Digər xəbərlər