USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər 200 AZN-dən 5 min AZN-dək cərimə oluna bilər - Oktyabrın 1-dən...

22.09.2021 Sosial
0 0
Oktyabr ayının 1-dən reydlər zamanı taksi sürücülərində COVID-19 pasportu olmazsa, onları hansı cəzanın gözləməsi böyük maraq doğurur.

“Kommersant.az” xəbər verir ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev aydınlıq gətirib.

"Pandemiya dövründə İnzibati Xətalar Məcəlləsində müəyyən olunan norma var. Xüsusi karantin rejimi dövründə bu normaya əməl etməyən fiziki şəxslər 200 AZN-dən 400 AZN-dək, vəzifəli şəxslər 4 min AZN-dən 5 min AZN-dək cərimə oluna və ya işin hallarına görə 1 aylıq həbs edilə bilər",-deyə Elşad Hacıyev bildirib.