USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP, enerji doldurma şəbəkəsi satın aldı

28.06.2018 İqtisadiyyat
0 0
Böyük Britaniyanın enerji şirkəti "British Petroleum", İngiltərənin ən böyük elektrikli avtomobillərə enerji doldurma şəbəkəsinə malik "Chargemaster" şirkətini satın alıb.

"Kommersant"ın məlumatına görə, BP-dən bildiriblər ki, İngiltərənin 6 min 500 nöqtəsində xidmət göstərən "Chargemaster"ın satın alınması barədə razılığa gəliblər.

Açıqlamada, İngiltərədə hazırda 135 min olan elektromobil sayının 2040-ci ildə 12 milyona çatmasının gözlənildiyi qeyd edilib.

İngilis mediasında, "Chargemaster"ı alış qiymətinin 130 milyon funt-sterlinq olduğu bildirilir.

BP-nin sözçüsü Deyvid Nikols, "Elektrikli avtomobil bazarının böyüməkdə olduğu və gələcəkdə nəqliyyatda əhəmiyyətli bir paya sahib olacağına şübhə yoxdur" ifadəsini istifadə edib.

Nikols, "Chargemaster"ın sahəsində lider olduğunu bildirərək, "Təbii olaraq dünyanın hər tərəfində işi böyütmək istəyirik",- deyib.

  • Əvvəlki

    “Sertifikatlaşma və qeydiyyat pəncərələri”nin fəaliyyət göstərəcəyi ünvanlar - SİYAHI

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0