USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lirənin dəyər itirməsi Türkiyədə nələrə səbəb olur?

26.11.2021 İqtisadiyyat
0 0
Türkiyədə Mərkəzi Bankın monetar siyasətdən uzaqlaşdırılması ilə başlanan lirə marafonunun qaydaları səfirlərin ölkədən qovulması ilə bağlı qərarla pozulmuş oldu.

Siyasi qərarların iqtisadi güclə verilməsi və iqtisadi qərarların, həmçinin onların reallaşdırılması üçün olan vaxtın siyasi mesajlara uyğun tənzimlənməsi monetar siyasətdə Mərkəzi Bankın səlahiyyətlərinin defakto əlindən alınması ilə nəticlənib. İqtisadi artım sürətinin artırılması və ixrac potensialının daha çox yüksəldilməsi hədəfi Türkiyənin uçot dərəcəsini sürətlə aşağı salmağa sövq edib. Lakin burada bəzi nüanslar nəzərdə tutulduğu kimi getmir.

Faiz dərəcəsi illik inflyasiya dərəcəsinin altındadır.
Türk lirəsinin ucuzlaşması ixracın artım imkanlarını qabaqlayır.
Hiperinflyasiya dövrü nəzərdə tutulandan daha tez çatıb.
Şirkətlərin xaricə borc ödənişlərinin həcmi 3 dəfəyə qədər yüksəlib

Beynəlxalq reytinq agentliyi “Fitch” son hesabatında enerji qiymətlərindəki artım və lirənin dəyər itirməsinin Türkiyədə inflyasiyanı artıracağını bidirmişdi. Faiz dərəcələrinin isə bu situasiyada aşağı salınması və bunun sürətlə edilməsi Türkiyənin valyuta sistemini, həmçinin requlyatorun fəaliyyətini iflic halına salır. Dünyanın heç bir liberal sistemə malik bankı faiz dərəcəsi inflyasiyanın aşağısında olan iqtisadiyyata sərmayə etmir. Burada ancaq konservativ yönəldilmələr nəticəsində mümkün ssenari baş tuta bilər.

Artan borclar

Türkiyə hökuməti şirkətlər və banklarla birgə noyabr-dekabr aylarında 13 milyard dollar borc ödəməlidir. Bunun 8 milyardı noyabrın payına düşür. Sadəcə onu qeyd etmək lazımdır ki, İzmir Böyük Şəhər Bələdiyyəsinin məlumatına əsasən, ilin əvvəlindən onların məzənnə dəyişikliyinə görə borcları 3,1 milyard lirə artıb. Ümumi hesablamalara nəzər salsaq, deyə bilərik ki, iki ay ərzində məzənnə fərqinə görə bankların borcu ən azı 1,5 milyard tl, şirkətlərin borcu 0,6 milyard tl artıb. Hökumət isə əlavə olaraq 0,8 milyard lirə ödəməli olacaq.

Dolların alışına məhdudiyyət

Türkiyə Mərkəzi Bankı və Rəcəb Tayyib Ərdoğanın son çıxışından sonra dollara məhdudiyyətlərin olacağını gözləmək olar. Lakin bu baş verərsə, daha çətin vəziyyət yarana bilər. Türkiyə lirəsi üçün müvəqqəti yox, daimi ola biləcək addımların atılması zərurəti formalaşıb. İnzibati müdaxilə əvəzinə faiz siyasətinin 2023 hədəflərindən 2030 hədəflərinə uyğun hesablanması və hazırda lirənin 10-12 səviyyəsində saxlanılması prioritet olmalıdır. Bu isə vaxt baxımından Türkiyə iqtisadiyyatındakı risklərin yumşaldılmasına müsbət təsir edə bilər.

İxracın stimullaşdırılması üçün atılan addımlarda ucuz lirənin əsas gəlir gətirən sahələr üçün xammal ehtiyatının qiymətində artıma gətirib çıxaracağı məlumdur. Bundan başqa qısamüddətli hədəf kimi götürülən ixrac stimulundan bankların iştirak səviyyəsinin aşağı düşəcəyi və sahibkarların müflis olma ehtimalı yüksək olaraq qalır.

  • Əvvəlki

    Nağdsız əməliyyatların əhatə dairəsi genişlənir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0