USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur general işdən azad edildi

15.10.2025 Siyasət
0 0
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifəsindən azad olunub.

Kommersant.az "Bakupost"a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.