USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Quran kurslarının açılması üçün icazə alınmalıdır"

29.06.2018 İqtisadiyyat
0 0
"Təəssüf ki, məscidlərdən kənarda da Quranı tədris edən kurslar olur. Bəzən bunun qarşısını alarkən belə mənalandırırlar ki, guya Quran kurslarının açılmasını istəmirik".

"Kommersant" trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, Quran və digər müqəddəs dini kitabların öyrədilməsi, belə kursların açılması qanunvericiliyin tələblərinə uyğun olmalıdır:

"Quran kurslarının açılması üçün Qafqaz Müsəlmanları İdarəsindən icazə alınmalıdır. Təəssüf ki, bu gün məscidlərdən kənarda qanunsuz dini fəaliyyətlərin aparılması halları var. Bəzi şəxslər qarajını, bəziləri isə evini məscidə çevirmək istəyirlər. Kimsə evini, qarajını məscid kimi istifadə edə bilməz".

G.İsmayılov qeyd edib ki, qanunsuz dini fəaliyyətlərin qarşısı alınır və bundan sonra da alınacaq.

Komitə rəsmisi onu da əlavə edib ki, ölkədə xaricdən gələn kimsənin dini təbliğat aparması yolverilməzdir və bunun qarşısı alınır: "Əsas problem odur ki, dini icmaların böyük əksəriyyəti "Dini etiqad azadlığı" haqqında qanunla və nizamnamə ilə tanış deyillər. Bu, həm islam, həm də qeyri-islam dini icmalarında olur".

  • Əvvəlki

    Bir səhm üzrə 80 manat ödədi

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0