"Kommersant" xəbər verir ki, 2017-ci ilin sonlarına doğru kriptovalyutanın valyuta bazarındakı qlobal artımı Mərkəzi Bankların diqqətini üzərinə çəkmişdi. Bunun ardından minlərlə insanın rəməqsal valyutaya marağı artdı. Amma eyni zamanda, kriptovalyuta almaq istəyənlərin bilməli olduğu məqamlar var.
Əvvəla, hər kəs itirməyə hazır olduğu məbləğdə investisiya yatırmalıdır. İstənilən investisiya hər zaman böyük riskdir. Ona görə də bütün kapitalınızı kriptovalyutaya yatırmaq düzgün hesab olunmur.
Bəs investisiyanızı hansı valyutaya yatırmalısınız?
Yatırımdan öncə valyuta bazarı izlənməli, cəmiyyəti ən çox narahat edən problemin həllinə yönəlmiş kriptovalyutaya investisiya yatırılmalıdır.
Növbəti diqqət yetirilməli tərəf fırıldaqçılardır. Heç təsadüfi deyil ki, ekspertlər, bu sahənin 80%-nin fırıldaqçılardan ibarət olduğunu deyir.