"Eurostat"ın məlumatlarına görə, Mayda 1.9% olan Avro Zonası inflyasiyası İyun ayında artan enerji və ərzaq qiymətlərilə əlaqədar olaraq 2%-ə yüksəlib. Beləliklə inflyasiya, Avropa Mərkəzi Bankının (AMB) hədəfinə çatıb.
"Kommersant" xəbər veri ki, inflyasiya ən son 2017-ci ilin Fevral ayında 2% olmuşdu.
Baza inflyasiya da proqnoza paralel olaraq illik 1% artıb. Əvvəlki ay baza inflyasiya 1.1% artmışdı. İllik müqayisədə enerji qiymətləri 8% yüksəlib.
Əsas inflyasiyanın 2%-ə çatması ilə əlaqədar olaraq Avro/dollar məzənnəsi 1.1657-yə yüksəlib (Avro bahalaşı).