USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DGK gömrük ərazisinə daxil olan yük maşınlarından pul tələb olunmasına münasibət bildirib

29.06.2018 İqtisadiyyat
0 0
"İyunun 29-da bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük-sərhəd keçid məntəqələrindən birində ölkənin gömrük ərazisinə daxil olan yük nəqliyyat vasitələrindən park üçün odəniş adı altında qeyri-qanuni vəsait tələb olunması barədə əsassız məlumatlar və təxribat xarakterli video çəkiliş yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük-keçid məntəqəsində qeyri-qanuni ödənişlərin tələb olunması ilə bağlı həmin video çəkilişdə irəli sürülən iddialar tam əsassızdır. Belə ki, mövcud gömrük qanunvericiliyinə əsasən idxal-ixrac əməliyyatları zamanı yük daşıyan avtonəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsi başa çatana qədər gömrük nəzarəti altında yerləşən xüsusi ayrılmış dayanacaqdan istifadə etdikləri üçün ƏDV ilə birlikdə 20 AZN ödəməlidir".

"Kommersant"ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatında deyilir.

  • Əvvəlki

    Ötən ay Azərbaycan banklarının xarici borclanması 2% azalıb

Digər xəbərlər