USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Zaha Hadid Architects”in icraçı direktoru Kristos Passas ustad dərsi keçib

29.06.2018 İqtisadiyyat
0 0
İyunun 29-da Heydər Əliyev Mərkəzində “Dom i İnteryer” jurnalı və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə “Zaha Hadid Architects”in icraçı direktoru, tanınmış memar Kristos Passas ustad dərsi keçib və layihələrini təqdim edib.

"Kommersant" xəbər verir ki, memar Kristos Passas Heydər Əliyev Mərkəzinin onda xoş xatirələr oyatdığını deyib. Bildirib ki, görkəmli memar Zaha Hadidin bu layihəsi öz mükəmməlliyi və qeyri-adi arxitekturası ilə seçilir. Bu unikal layihə dünya memarlığında özünəməxsus yer tutur.

K.Passas qeyd edib ki, təmsil etdiyi arxitektura bürosunun yaradıcılıq işlərində təxəyyül başlıca rol oynayır. Memarlar öz işlərində yaradıcılıqla yanaşı, sadəlik elementlərinə daha çox üstünlük verir, layihələrə başlamazdan əvvəl araşdırmalar aparırlar. Qarşımızda duran əsas vəzifələrdən biri də təkrarçılığa yol verməməkdir.

Kristos Passas gələcək memarlığın dünyada olan tendensiyaları və həyata keçirdiyi layihələr və görkəmli memar Zaha Hadid ilə birgə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Xatırladaq ki, Kristos Passas ali təhsilini ABŞ-da Pratta İnstitutunun memarlıq məktəbində alıb. London Memarlıq Assosiasiyasının məzunudur. O, Zaha Hadidin Moskvadakı ilk layihəsinin - BM “Dominion Tower”in rəhbəri olub. Bundan əlavə onun əsərləri sırasında Londondakı “33-35 Hoxton Square” binasının dizaynını (Böyük Britaniya), Belqraddakı “Beko Masterplan” kompleksini (Serbiya), Nikosiyadakı “Eleftheria Square”ni (Kipr) qeyd etmək olar.

  • Əvvəlki

    DGK gömrük ərazisinə daxil olan yük maşınlarından pul tələb olunmasına münasibət bildirib

Digər xəbərlər