USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərpoçt”un zərərlə işlədiyi etiraf edildi

01.06.2022 İqtisadiyyat
0 0
“Azərpoçt” 2020-ci ili 8 milyon manata yaxın zərərlə başa vurmuşdu. Daha dəqiq desək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nəticələrinə əsasən bu rəqəm 7.746.681 manat təşkil edirdi. Amma 2021-ci ildə bu göstərici 3.4 milyona qədər gerilədi.

Bunu Trend-ə müsahibəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

Sədr qeyd edib ki, 2022-ci ilin yanvar – aprel aylarının nəticələri göstərir ki, “Azərpoçt” 366 min manat mənfəət əldə edib. Lakin keçən ilin müvafiq dövründə MMC 1.4 milyon manat zərərdə idi. İlin sonuna kimi rəqəmlərin daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, “Azərpoçt” 2021-ci ilin hesabatlarını açıqlamayıb.