USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsi “Coca-Cola”nı cərimələdi

02.06.2022 İqtisadiyyat
0 0
Azərbaycanda məşhur içki şirkətinə yenidən cərimə protokolu yazılıb.

"Kommersant.az"ın əldə etdiyi məlumata görə, “Azərbaycan Koka-Kola (“Coca-Cola”) Bottlers Limited” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Daha əvvəl şirkət barəsində eyni xətai ilə bağlı cərimə protokolu yazılmışdı.

  • Əvvəlki

    Azərbaycanda bu mənzilləri alanlar 7500 manat ƏDV alacaqlar

Digər xəbərlər