USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniyada dəmiryol işçilərinin son 30 ildə ən iri tətili başlayıb

21.06.2022 İqtisadiyyat
0 0
Böyük Britaniyada dəmiryol işçilərinin genişmiqyaslı tətili başlayıb.

Ölkənin dəmiryol, dəniz və nəqliyyat həmkarlar ittifaqlarının elan etdiyi tətil iyunun 21-i, 23-ü və 25-də keçiriləcək.

Tətilin ilk günündə ölkənin ən böyük dəmiryol şirkəti olan "Network Rail"lə yanaşı, daha 13 şirkət, eləcə də London metropoliteninin 50 min əməkdaşı qatılıb.

Böyük Britaniya ərazisinin böyük hissəsində qatarların hərəkəti dayanıb. Mütəxəssislərin fikrincə, bu 1989-cu ildən ölkədə elan olunmuş ən irimiqyaslı tətildir.

Aksiyaya səbəb olaraq həmkarlar təşkilatların əməkhaqqı artımının dondurulması və ixtisarlar, həftəlik iş saatının 35 saatdan 40 saata çatdırılması, bilet satışı kassalarının bağlanması kimi qəraları göstərib.

  • Əvvəlki

    Türkiyə limanlarına Rusiyadan 23 milyondan çox yük daşınıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0