“Bravo Supermarket”in əsas səhmdarı dəyişdi

01.07.2022 İqtisadiyyat
“Bravo” Supermarketlər şəbəkəsi olan “Azərbaycan Supermarket” MMC-nin nizamnamə kapitalında səhmdarlardan biri payını digər şirkətə ötürüb.

Məlumata görə, Azərbaycan Supermarket-in səhmdarı olan Mircəlal Paşayev 50%-lik payını “Fly Group” MMC adlı şirkətə ötürüb.

Bununla da səhmlərin 50%-i “Fly Group” MMC-yə, hər biri 25% olmaqla isə “İdeal Biznes Ko.” MMC və “Yevro Standard” MMC-nin olub.

“Fly Group” MMC 2021-ci ilin 1 dekabrında dövlət qeydiyyatına alınıb. Şirkət 100 manat nizamnamə kapitalı ilə Baki Şəhəri Nəsimi Rayonu, Neftçilər Pr., Ev 153-də qeydiyyata alınıb. Şirkətin direktoru isə Rüfət Abdullayev Məhyəddin oğludur.

  • Əvvəlki

    “Bravo” supermarket gəlirlərinin artmasına baxmayaraq 65 mln. manatlıq zərər edib

Digər xəbərlər