USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

14.07.2022 İqtisadiyyat
0 0
2022-ci ilin ilk 6 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2,3 faiz artaraq 13 520,5 milyon kilovatt-saat olub.

"Kommersant.az"ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, hesabat dövründə ixrac 664,1 milyon kilovatt-saat, idxal isə 71,1 kilovatt-saat təşkil edib.

Həmçinin qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 milyon kilovatt-saat artımla 1162,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib.