USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu”yun illik zərərinin artmasının səbəbi açıqlandı

14.07.2022 İqtisadiyyat
0 0
“2021-ci il üzrə “Azərsu” ASC-nin ümumi, eləcə də satış gəlirləri və ümumi mənfəətlililiyi artıb. Əgər 2020-ci ildə ümumimənfəətlilik norması 28,6 faiz idisə, indi bu artaraq 51 faiz olub”.

Bunu açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

X.Kərmli bildirib ki, “Azərsu”yun illik zərərinin artmasına səbəb daha çox qeyri-əməliyyat xərcləri ilə bağlıdır: “Əgər “Azərsu”yun 2020-cil ilə aid hesabatında əsas vəsaitlərin dəyərsizləşməsi xərci 207 milyon manat idisə, 2021-ci ildə bu 550 milyon manata yaxın olub. Burada arada 243 milyon manat əlavə xərc yaranıb. Bu nə deməkdir? Əsas vəsaitlərin maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tərtib edəndə onların dəyərdən düşmə ehtimalı varsa, əsas vəsaitlər yenidən qiymətləndirilir. Əsas vəsaitlərin köhnəlməsi ilə bağlı xərclər artır. Belə ki, “Azərsu”yun daha çox ziyan etməsinə səbəb qurumun malik olduğu əsas vəsaitlərin dəyərdən düşməsidir. Buraya amortizasiya xərclərinin çoxaldılması da daxildir və bu daha çox mühasibat tranzaksiyaları ilə əlaqədar olan məsələdir. Belə əlavə xərclər əsasən mühasibat prosedurları ilə izah olunur”.

pravda

  • Əvvəlki

    43 dərəcə isti olacaq - HAVA PROQNOZU

Digər xəbərlər

07.07.2025 İqtisadiyyat
Lirə 40-a yaxınlaşdı
0 0