USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Wartsila” Rusiya bazarını tərk edir

21.07.2022 İqtisadiyyat
0 0
Finlandiyanın “Wartsila” maşınqayırma şirkəti nəhayət Rusiya bazarını tərk edib, bu barədə istehsalçının rəsmi saytında deyilir. Qeyd olunur ki, şirkət gedişini “yekunlaşdırıb”.

Finlandiyanın dəniz və enerji sənayesi üçün avadanlıq istehsalçısı əlavə edib ki, Rusiyadan çıxması ilə əlaqədar şirkət Sankt-Peterburqdakı ofisini bağlayıb. Şirkət Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi ticarət sanksiyalarına əməl etdiyini vurğulayıb. Hazırda bu ölkədə bütün biznes əməliyyatları dayandırılıb.

“Wartsila” qeyd edib ki, Rusiya bazarından çəkilmə şirkətin ikinci rübdə maliyyə göstəricilərinə çox az təsir göstərəcək, çünki bu qərarın nəticələri birinci rübün hesabatında artıq öz əksini tapıb.

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra bir sıra şirkətlər Rusiyadan çıxdıqlarını bəyan ediblər. Yal Universitetinin məlumatına görə, 1000-dən çox şirkət Rusiyada fəaliyyətini dayandırıb.