USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha 10 ailə Zəngilana yola salındı

21.07.2022 Sosial
0 0
Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb.

10 ailənin üzvü olan 48 nəfər Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.

Yolasalma prosesi 4 mərhələdən ibarətdir.

Növbəti mərhələdə daha 11 ailə Ağalı kəndinə yola salınacaq.

Qeyd edək ki, Zəngilanın Ağalı kəndinə ilk köç iyul ayının 19-da reallaşıb. Həmin gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülüb. İyul ayının 23 və 25-də növbəti ailələr Ağalı kəndinə yola salınacaqlar.