USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bloomberg: “Səudiyyə Ərəbistanı neftin qiymətini rekord həddə artıra bilər”

27.07.2022 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı Asiyaya göndərilən neftdə rekord artım edə bilər.

Treyderlər bu artımın risk daşıdığını bildirirlər.

“Bloomberg”in 5 neft emalı zavodu ilə apardığı araşdırmaya əsasən, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının Asiyaya göndərilən xam nefti rekord qiymətə satacağı gözlənilir. Belə ki, sentyabr ayı üçün Asiyaya çatdırılan “Arab Light” markalı neftin qiymətinin 1 barel üçün 10.80 dollar olacağı gözlənilir.

Araşdırmaya görə, qlobal neft qiymətləri ABŞ-də tənəzzül riski ehtimalını daha da artırır.