USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda problemli kreditlər azalıb

27.07.2022 Bank
0 0
Azərbaycanda problemli kreditlərin həcm bir qədər də azalıb.

Məlumata görə, 2022-ci ilin iyununda ölkədə problemli kreditlərin həcmi aylıq müqayisədə 1.8% azalaraq 661.2 milyon manata düşüb.

Bununla da vaxtı keçmiş kreditlərin ümumi kreditlərdə payı 3.5%-ə düşüb. İlin əvvəlində bu 4.2% idi.

Problemli kreditlərin 475.9 milyon manatı milli, 185.3 milyon manatı isə xarici valyutada olan kreditlər təşkil edib.

Qeyd edək ki, 1 yanvar 2022-ci il tarixinə ölkədə kredit qoyuluşu 18 milyard 818.2 milyon manat olub.

  • Əvvəlki

    Tahir Kərimli: “Qiyməti artıranda deyirik ki, bütün dünyada qalxıb, bizdə də belə olmalıdır...”

Digər xəbərlər